27.09.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin II-ci Qarabağ Vətən müharibəsi qaziləri Rəcəbov Heydər Zahid oğlu,Həsən Fəttan Yusif oğlu ilə onlayın görüş keçrildi.
Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Günel Qasımova açaraq 27 sentyabr 2020-ci il tarixində başlanmış 44 günlük Vətən Müharibəsində gedən döyüşlərdə ordumuzun gücündən,xalqımızın birliyi sayəsində Qarabağımızı və işğal altında olan torpaqlarımız işğaldan azad edilməsindən danışdılar .
Həsən Fəttan Yusif oğlu Xocavənd və Füzuli döyüşləri ,Rəcəbov Heydər Zahir oğlu isə Füzuli Xocavənd döyüşlərində öz qəhrəmanlıqlarını göstərməsindən,qəhrəman oğullarımızın sücaətindən Vətənimiz uğurunda canlarını sevə-sevə qurban verəcəkləri müqəddəs torpaqlarımızdan,şəhidlərin davamçısı varsa xatirələri hər yerdə anılırsa deməli onlar ölməyib ürəklərdə daim yaşamasından danışdı.
Mərkəzi Kitabxana Sisteminin metodika şöbəsinin müdiri Gülnarə Mamedova,Quzeyçirkin Kənd kiutabxana filialının kitabxanaçısı Gülxar Ağalarova,tədbirdə iştirak edən 9 saylı tam orta məktəbin tarix müəlliməsi Solmaz Mürsəlova öz çıxışlarında 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı,xalqımızın qəhrəman oğlullarını da bir daha öz xalqına tanıtmasından danışdılar
Sonda oxuculardan Kəlbəcər rayon 11 saylı tam orta məktəbin şagirdləri Əmraslanova Sunay,Əmraslanova Yasəmən,Kəlbəcər rayon 9 saylı tam orta məktəbin şagirdi Xəlilli Səkinə “Şəhidlər”ə aid şeirlər söylədilər.
Görüşdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və kənd kitabxana filiallarının əməkdaşları edirdi